Bu gün AŞPA-da Qarabağ müzakirə ediləcək

Bu gün AŞPA-da Qarabağ müzakirə ediləcək

Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək

"Report” bildirir ki, bu barədə Alt Komitənin sədri Ştefan Şennak məlumat verib.
Ş.Şennakın sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni Alt Komitəsinin sədri seçilib. Ş.Şennak, həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
O daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin, yeni Alt Komitənin məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR