Bu ərazilərdə çimmək təhlükəlidir - RƏSMİ

Bu ərazilərdə çimmək təhlükəlidir - RƏSMİ

Respublika ərazisində yerləşən çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib: "Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib. Məlum olub ki, Qaradağ rayonunun "Sahil” və Səbail rayonunun "Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Belə ki, bu çimərliklərdə suyun bağırsaq çöpləri ilə çirklənməsi normadan dəfələrlə artıqdır. Ona görə də, qeyd olunan bu ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Abşeron yarımadasının digər ərazilərindəki çimərliklərdə isə dəniz suyu normaldır və standartlara cavab verir”.
Z.Kazımov bildirdi ki, çimərliklərdə bu cür monitorinqlər oktyabr ayının 1-dək davam edəcək və ayda iki dəfə dəniz suyundan nümunələr götürüləcək.
Qeyd edək ki, artıq sabahdan Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.
 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR