“Bu adamlar maliyyə almaq üçün növbə gözləyirlər” - Politoloq

“Bu adamlar maliyyə almaq üçün növbə gözləyirlər” -  Politoloq

“Hakimiyyətin partiyalarla dialoq çağırışına məhəl qoymayan bəzi siyasi partiyaların xarici səfirliklərin qəbuluna oynaya -oynaya getmələri onu deməyə əsas verir ki, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin əleyhinə olan bütün proseslərdə öndə olacaqlar”.

Aktual.az xəbər verir ki, bunu SİA-ya Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla radikal müxalifət nümayəndələri arasında keçirilən görüşə münasibətini bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu cür görüşlərə təəccüblənmək lazım deyil: “Biz hər zaman deyirik ki, radikal müxalifət partiyaları və nümayəndələri öz fəaliyyətlərini xalqla, seçicilərlə deyil, bəzi xarici dairələrlə, inqilabi fondlarla, ölkəmizdə olan bəzi ölkələrin səfirlikləri ilə qururlar. Əslində parlament seçkiləri ərəfəsində onlar bu gün öz tərəfdarları ilə görüşməli idilər. Çünki seçki günü onlara səsi həmin səfirliklər, fondlar, təşkilatlar deyil Azərbaycan seçiciləri verəcək. Səfirliklərlə bu cür gizli görüşlər keçirməklə onlar onsuz da xalq arasında məhv olmaqda olan nüfuzlarını daha da məhvə yönəldirlər. Bu görüş bir daha həmin partiya nümayəndələrinin fəaliyyətlərinin hər zaman cəmiyyətimiz üçün qapalı olmasına daha bir nümunədir. Radikal müxalifət partiyaları səfirlikərin elçi daşının üstündə oturub maliyyə almaq üçün növbə gözləyirlər”.

Ramiz Alıyev həmçinin onu da əlavə edib ki, bəzi dairələr ölkəmizdə keçiriləcək parlament seçkilərində belə siyasi partiyalar vasitəsi ilə müxtəlif proseslər həyata keçirmək niyətindədirlər: “Hazırkı hakimiyyətin milli olması və xalqa söykənməsi və xalqın gücü ilə hərəkət etməsi həmin dairələri qane etmir. Onlar öz istədiklərini Azərbaycanda reallaşdıra bilmirlər. Radikal müxalifət partiyaları isə bunun əksi olaraq onların bütün istəklərini həyata keçirməyə hazırdırlar”.

Qeyd edək ki, Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla radikal müxalifət nümayəndələri arasında görüş keçirilib. Görüşdə Müsavat partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, "REAL" Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər. 

Xəbər 732 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR