Britaniya rusiyalı diplomatları ölkədən çıxarır

Britaniya rusiyalı diplomatları ölkədən çıxarır

Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin hazırda Böyük Britaniyada yaşayan keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq rusiyalı diplomatların bir hissəsini ölkədən çıxarmağa başlayıb.

"Report” xəbər verir ki, bunu baş nazir Teresa Mey parlamentdə çıxışı zamanı bildirib.
O deyib ki, zəhərlənməyə cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər görüləcək. Baş nazirin sözlərinə görə, artıq Rusiya diplomatlarının bir hissəsinin Böyük Britaniyadan çıxarılmasına başlanılıb. İlk mərhələdə 23 diplomat Londondan Rusiyaya göndəriləcək.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nik Beyli də var.
Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Rusiya tərəfi hadisə barədə əlavə məlumat olmadığını və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.


Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR