Brent markalı neft bahalaşdı

Brent markalı neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb.

Aktual.az  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar və ya 1,12% artaraq 49,58 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,62% artaraq 52,33 dollar olub.
Həftənin əvvəlindən Brent markalı neft 0,9%, WTI isə 1,4% ucuzlaşıb.
 
Aktual.az
Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR