“Bred Pitt ailəsi üçün hər gün ağlayır“

“Bred Pitt ailəsi üçün hər gün ağlayır“
  • DÜNYA

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu aktyorun yaxın dostu deyib

Onun sözlərinə görə, Bred heç kim utanmadan övladları və keçmiş xanımı Ancelina Coli üçün göz yaşları tökür.

"Pitt Yeni ili tək keçirdikdən sonra daha da pis olub. O, günü gündən arıqlayır. Hər gün də ağlayır. Düzdür, Miladda o, övladları ilə birlikdə oldu. Amma ondan sonra da onun uşaqlarını görmək imkanı yoxdur. Bred ailəsi üçün çox darıxır”, - deyə aktyorun dostu bildirib.

Qeyd edək ki, Ancelina Coli Pittdən boşanmaq üçün ötən ilin sentyabrda qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.  
 
Aktual.az
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR