BP-yə işə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı

BP-yə işə düzəltmək adı ilə dələduzluq edən şəxsə cinayət işi açıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
 
O, S. Əhmədovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses mayın 30-da davam etdiriləcək.
 
İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 6 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.
 
Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR