"Borcları hesablamalıyıq..."


“Azərbaycanda özəl sektorun borcu hesablanacaq”.
Bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Komitə sədri bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl sektorunun borcunu- hesablamalı, onun statistikasını aparmalıyıq.

“Bu statistikanın aparılması özəl müəssiələr üçün də önəmlidir. Reytinq alınması məsələsinə məhz özəl müəssiələrin borcunun qaytarılmaması halları da təsir edir. Borclanma ilə əlaqədar Mərkəzi Bankın hüquqları artırılacaq”.

Z.Səmədzadə qeyd edib ki, həm daxili, həm də xarici borclanma aşağı səviyyədədir. Ona görə də daxili borclanmaya gedirik.

“Daxili borclanamaya getməklə iqtisadiyyyatın müstəqillyini təmin etmişik”.-deyə komitə sədri vurğulayıb.

Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR