Borca görə qonşusunu öldürən Corat sakininin şikayəti qismən təmin edilib - (Eksklüziv Foto)

Borca görə qonşusunu öldürən Corat sakininin şikayəti qismən təmin edilib - (Eksklüziv Foto)

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakini Ramin Cəbrayılovun (1978-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, istintaqla müəyyən edilib ki, ötən il martın 30-da Ramin Cəbrayılov evdən mətbəx bıçağı götürərək tanışı Asif Xəlilovun evinə gedib. Növbəti dəfə, ondan verdiyi pulu tələb etdikdə, sonuncu borcunu qaytarmaqdan imtina edib. Yaranan mübahisə zamanı Cəbrayılov bıçaqla 29 ədəd xəsarətlər yetirərək, Xəlilovu qəsdən həyatdan məhrum edib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, Asif Xəlilovun ölümünə - ağ ciyərləri və ürəyi zədələyən yaralardan inkişaf edən kəskin qanitirmə səbəb olub. 

Təqsirləndirilən şəxs qismində dindirilmiş Ramin Cəbrayılov ittiham üzrə özünü təqsirli hesab edərək, Novxanı çimərliyində ailəvi istirahət mərkəzində işlədiyini bildirib. 2015-ci ilin noyabr ayında qonşusu Asif Xəlilov Moskvaya gedərkən ondan 700 manat borc istəyib, o da həmin məbləği ona verib. Rusiyaya getdikdən bir müddət sonra qonşusu daha 1400 manat pul istəyib. Ramin Asifə hər dəfə pul göndərəndə onun anasına və ya qardaşına məlumat verib. Xəlilov Moskvadan qayıdandan sonra martın 18-ə yanına gəlib, dəniz kənarında söhbət edərkən Cəbrayıov borc verdiyi pulu istəyib, Asif də pulların bank kartında olduğunu və ayın 28-də onları bankomatdan çıxaracağını söz verib. Ayın 29-da Asif zəng edib, onunla işi olduğunu söylədikdə Ramin pulunu qaytaracağını güüman edib və onun yaşadığı evə gəlib. Xəlilov məhkəmədən yayınmaq üçün Azərbaycandan yenidən çıxıb, getmək istədiyini bildirib və borcunu qaytarmaq əvəzinə əlavə 1000 manat  pul istəyib. Ramin pulu olmadığı deyib  və əvvəl verdiyi məbləği təkrar ondan tələb edib. Səhərisi gün Cəbrayılov yenidən Xəlilovun evinə yollanıb. Borcunu qaytarmaq əvəzinə Asif ucadan danışmaqla, onu qıcıqlandırıb. Cəbrayılov onun təkidindən bezdiyinə görə bərk əsəbiləşib. Üzərindəki mətbəx bıçağı ilə Ramin ardıcıl zərbələr vurub ki, Asif birdəfəlik səsini kəssin. Hadisədən sonra evinə gedib, əynində olan şalvarda qan ləkəsi olduğuna görə paltarını dəyişib. Bacısının əri və dayısına hadisə barədə danışaraq, onu polisə aparmasını xahiş edib. Cəbrayılov qeyd edib ki, Asif Xəlilovu öldürməyinə - onun ümumilikdə 2000 manat borcunu qaytarmaq əvəzinə, ələ salaraq, israrla ondan 1000 pul istəyib, onu bezdirməsi səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəbraylov cəzasını ciddi-rejimli CÇM-də çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən onun vəkili apellyasiya şikayəti verib. 

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti qismən təmin edib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən R.Cəbrayılovun cəzası 17 ilə endirilib.
 




















Xəbər 1375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR