BMT Türkiyədə bank yaradacaq

BMT Türkiyədə bank yaradacaq
  • DÜNYA

Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Texniki Bank təsis edəcək.

Trend-in məlumatına görə, bankın baş ofisi İstanbulda yerləşəcək.

Türkiyə hökuməti bu bankın yaradılmasına iki milyon dollar ayırmağı planlaşdırır.

Türkiyə mətbuatında yazılanlara əsasən, bankın yaradılması ilə bağlı Türkiyə və BMT arasında bu ayın sonunadək sazişin imzalanması gözlənilir.

Məlumatda qeyd olunur ki, bu bank zəif inkişaf etmiş ölkələrdə texnologiya sahəsinin inkişafını dəstəkləyəcək.

Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR