BMT: Qüdslə bağlı qərardan sonra regionda vəziyyət gərginləşəcək

BMT: Qüdslə bağlı qərardan sonra regionda vəziyyət gərginləşəcək
  • DÜNYA

BMT-nın Yaxın Şərq münaqişəsi üzrə əlaqələndiricisi Nikolay Mladenov ABŞ-ın Qüdslə bağlı qərarından sonra regionda vəziyyətin gərginləşəcəyini bəyan edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Bu gün böyük risk mövcuddur ki, biz birtərəfli addımların zəncirini müşahidə edə bilərik. Və onlar bizi sülhə nail olmaq məqsədindən ancaq uzaqlaşdıra bilər. Yaxın günlərdə ölkə liderlərinin müdriklik nümayiş etdirmələri və təhrikçi ritorikanın qarşısı alınması istiqamətində səy göstərmələri çox vacib olacaq", - deyə N. Mladenov bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Qüds məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR