BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək
  • DÜNYA

BMT Təhlükəsizlik Şurasında Suriyada atəşkəsin tədbiq olunmasına dair qətnamə üzrə səsvermənin fevralın 24-də keçiriləcəyi planlaşdırılır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl Oteybi Təhlükəsizlik Şurasında məsləhətləşmələrin nəticəsinə əsasən məlumat verib.
"Səsvermə fevralın 24-də günorta baş tutacaq", - deyə o bildirib.
Qeyd edək ki, Suriya ərazisində humanitar yardımların çatdırılması və tibbi təxliyyə məqsədi ilə 30 günlük atəşkəsin elan edilməsi layihəsi 3 həftə əvvəl İsveç və Küveyt nümayəndə heyətləri tərəfindən təqdim olunmuşdu.
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR