Bizə Putin kimi lider lazımdır – Vilders

Bizə Putin kimi lider lazımdır – Vilders

Avropaya Putin kimi liderlər lazımdır

Axar.az xəbər verir ki, bu sözləri holland siyasətçisi Gert Vilders deyib. O, Putinin siyasətindən narazı qalsa da, ona heyranlığını gizlətməyib:
"Siz nə desəniz də, Putin liderdir. Mən onun yeritdiyi siyasətdən çox şeyi tənqid edirəm, lakin ona və Trampa heyranam. Onlar öz xalqlarının maraqlarını qoruyurlar. Avropada onlar kimi lider çatışmır. 30 ölkəni birləşdirən və hələ də genişləndirməyə cəhd göstərən Avropada şəxsiyyət hissi yoxdur”.

Qeyd edək ki, Gert Vilders Hollandiyada islamafob çıxışları ilə seçilir. O, hökumət başçısı seçiləcəyi təqdirdə ölkədəki bütün məscidləri bağlayacağını, heç bir miqrantı Hollandiyaya buraxmayacağını bildirib.
Ultrasağçı Azadlıq Partiyasının lideri Vildersin reytinqi yüksəkdir.
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR