"Bitcoin" 7 800 dollara qədər ucuzlaşa bilər


"Bitcoin" kriptovalyutasının qiyməti ötən həftə ərzində maksimal səviyyə - 20 089 dollardan 40%-ə yaxın azalaraq 11 883 dollara qədər geriləyib.

Aktual.az report-a istinadən xəbər verir ki, geriləmə səbəblərindən biri investorların il ərzində 20 dəfə bahalaşan "bitcoin"də mənfəətlərini reallaşdırmaq istəkləri olsa da, digər səbəb də var.
Analitiklərin fikrincə, "bitcoin"in ucuzlaşması həmçinin noyabrın 8-də onun "SegWit2x" hardforkunun baş tutmaması ilə bağlıdır. Hardfork baş tutana qədər "bitcoin"in qiyməti 7 800 dollar təşkil edib. "SegWit2x" hardforku "bitcoin"in 1 MB olan blokçeyn ölçüsünü artıracaqdı. Belə ki, ilin əvvəlində "bitcoin"ə yaranan tələb, onun blokçeyn ölçüsünə uyğun gəlmir. Saniyədə 3-5 tranzaksiya həyata keçirən "bitcoin" tələbin artması nəticəsində "donmağa" başlayıb. Başqa sözlə, "SegWit2x" hardforkunun baş tutmaması, "bitcoin"in genişlənmə problemini aradan qaldırmayıb. Bu səbəbdən analitiklər "bitcoin"in 7 800 dollar səviyyəsinə qədər geriləyə biləcəyini istisna etmirlər.

Bununla yanaşı, ucuzlaşmaya daha bir səbəb kimi ABŞ hökumətinin kriptovalyuta birjalarına təzyiqi artırması amili göstərilir. Belə ki, ABŞ-ın əsas kroptovalyuta birjaları son zamanlar müştərilərdən müxtəlif sənədlər istəməyə başlayıb. Buna misal kimi Honq-Konqda yerləşən "Bitfinex" birjasının ABŞ vətəndaşları ilə əməkdaşlığı dayandırması göstərilir.
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR