“Bir milyon 700 min yeni iş yeri yaradılıb” - Prezident

“Bir milyon 700 min yeni iş yeri yaradılıb” - Prezident

"Böyük meliorasiya layihələri icra edilmişdir. Deyə bilərəm ki, onların içərisində iki layihə - Taxtakörpü və Şəmkirçay su anbarları tarixi əhəmiyyət daşıyır. Həmin layihələrə böyük dövlət vəsaiti qoyulmuşdur. Bu su anbarlarının fəaliyyəti bundan sonra da kənd təsərrüfatına daim böyük dəstək olacaq. Digər meliorasiya layihələri icra edilmişdir və bu proses davam edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ən ciddi addımlar atılacaq. Mən bunu artıq demişəm, fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcək. Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir”.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

Dövlət başçısı bildirib ki, regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini verib:"Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir”.

Prezident qeyd edib ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib:"Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.

 

 
Aktual.az
Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR