Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb – FOTO

Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb – FOTO

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. 

Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov  1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

Faktla bağlı araşdırma aparılır. 



Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR