Bill Geyts məşhur serialda rol alacaq

Bill Geyts məşhur serialda rol alacaq

"Microsoft"un yaradıcısı, məşhur iş adamı Bill Geyts "Böyük partlayış nəzəriyyəsi" ("The Big Bang Theory") serialına çəkiləcək

B. Geyts "qonaq ulduz" qismində serialda rol alacaq. Onun iştirakı ilə çəkiləcək epizodun premyerası mart ayında keçiriləcək.

B. Geyts daha əvvəl də seriallarda çəkilib. 2001-ci ildə o, "Freyzer" sitkomunda özünü oynayıb.

Qeyd edək ki, "Böyük partlayış nəzəriyyəsi" ("The Big Bang Theory") Çak Lorri və Bill Predi tərəfindən yaradılan Amerika sitkomudur. Premyerası 2007-ci ilin sentyabrında olub. Serial iki gənc və istedadlı fizikin həyatından bəhs edir. 2014-cü ildə CBS kanalı serialın çəkilişlərini daha 3 mövsüm (2018-ci ilə qədər) uzadıb, müddət bitdikdən sonra isə çəkilişlərin 2018 və 2019-cu illərdə də davam edəcəyi açıqlanıb. (lent.az)
Xəbər 1326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR