Biləsuvarda silahlı insident

Biləsuvarda silahlı insident

Biləsuvar rayonunda silahlı insident baş verib.

Aktual.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-də Biləsuvar rayonunun Aranlı kəndinin otlaq sahəsində kənd sakini Şahəli İbayev tüfənglə ehtiyatsız davrandığından atəş açılıb.

Nəticədə onun həmkəndlisi Elvin Xudaverdiyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Ş.İbayev könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və “İJ-58” markalı ov tüfəngini təhvil verib.

Aktual.Az

Xəbər 615 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR