Biləsuvarda ana doğuşdan sonra öldü - RƏSMİ (YENİLƏNİB)

Biləsuvarda ana doğuşdan sonra öldü - RƏSMİ (YENİLƏNİB)

Biləsuvar rayonunda doğuşdan sonra ananın ölməsi xəbəri tamamilə yanlış məlumatdır.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, zahılıq dövrünün 34-cü günündə Biləsuvar rayonunda məskunlaşmış Cəlilabad rayon sakini Fehruzova Amidə Füzuli qızı 10 yanvar 2017-ci il tarixində göndərişlə Respublika Klinik Xəstəxanasına daxil olub. Həyata keçirilən müalicə tədbirlərinə baxmayaraq 11 yanvar 2017-ci il tarixində o, dünyasını dəyişib. Hadisə Səhiyyə Nazirliyinin "Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya” tərəfindən araşdırılır.
 
***
 Biləsuvarda ana doğuşdan sonra dünyasını dəyişib.

Rayonun Zəhmətabad kənd sakini, 1993-cü il təvəllüdlü Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.
Ilkin məlumata görə, oğlan uşağı dünya gətirən ana doğuşdan sonra dünyasını dəyişib.
Körpənin durumunun yaxşı olduğu bildirilir.
Faktla bağlı Biləsuvar rayon Prokrorluğunda araşdırma aparılır. (apa)
 
Aktual.az
Xəbər 182 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR