Biləsuvar sakini qardaşını niyə öldürdü? - TƏFƏRRÜAT

Biləsuvar sakini qardaşını niyə öldürdü? - TƏFƏRRÜAT

Biləsuvar rayonu Amankənd kəndi ərazisində Adil Alim oğlu Əliyevin qardaşı tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Asim Əliyev qardaşını qonşusu ilə səhv salaraq öldürüb:
"Dünən günorta saatlarında Asim qonşusu Şahin Azər oğlu Əliyevlə mübahisə edib. İcra nümayəndəliyinə çağrılmışdılar. Onları sakitləşdirib evə göndəriblər. Oradan çıxandan sonra Asim içki içib. Axşam 19 radələrində qardaşı Adil hadisədən xəbər tutub onlara gəlib. Asim onu qonşusu Şahin zənn edərək vurub. Qaranlıqda, bir az da içkili olduğundan qardaşını tanımayıb. Əslində, güllə çiynindən dəyib, aldığı xəsarət ölümcül olmayıb. lakin o, yerə yıxılan qardaşını təpikləyərək öldürüb. Həmin vaxt isə qonşulardan heç kim köməyə gəlməyib. Bəlkə də, kimsə köməyə gəlsəydi, o güllə yarasından ölməzdi. Son məqamda Şahin gəlib, ona da atəş açıb. Şahin baş nayihəsindən yaralanıb”.
Sakinlər deyir ki, Şahinlə Asim arasında mübahisə hələ yay aylarından olub. Onların mübahisələrinin səbəbi su ilə bağlıdır. Asim Şahinə su vermirdi. Axırıncı mübahisələrinin dəqiq səbəbi bilinmir.
Qardaşını öldürən Asim Alim oğlu Əliyev artıq saxlanılıb.
 
Aktual.az
Xəbər 1756 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR