Bəzi tədbirlərdə xüsusi rabitədən istifadəyə PA icazə verəcək

Bəzi tədbirlərdə xüsusi rabitədən istifadəyə PA icazə verəcək

Prezident İlham Əliyev "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 11 aprel 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Aktual.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda keçiriləcək bəzi tədbirlərdə xüsusi rabitədən istifadə üçün Prezident Administrasiyasından (PA) icazə alınacaq.

Dəyişiklikdə həmçinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə ümumdövlət və yaxud ictimai maraqların təmin edilməsi ilə bağlı olan digər hallarda PA ilə razılaşdırmaqla xüsusi rabitə ilə təmin etmə səlahiyyəti verilib.
Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR