Bəzi dövlət qurumlarının xidməti avtomobilləri geri alınıb

Bəzi dövlət qurumlarının xidməti avtomobilləri geri alınıb

Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.
Qərara görə, Milli Arxiv İdarəsi, "İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin istifadəsində olan 7 ədəd xidməti avtomobil geri alınıb.
 

Aktual.az 

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR