Beynəlxalq qrossmeysterlər "Zəka" Gənclərin İntellektual İnkşaf və yaradıcılıq mərkəzində — FOTOLAR

Beynəlxalq qrossmeysterlər

26 aprel 2017-ci il tarixində mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2017" şahmat turnirinin qrossmeysterləri, Dünyanın reytinq üzrə II şahmatçısı Wesley So, Sabiq dünya çempionu, reytinq üzrə III şahmatçısı Vladimir Kramnik, Dünya kubokunun sahibi Rusiyalı qrossmeyster Sergey Karyakin və Böyük Britaniyalı qrossmeyster Michael Adams "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı oldular.

Qonaqlar ilkin olaraq Gənclər Mərkəzi ilə ətraflı tanış olduqdan sonra "Zəka” şahmat klubunun gənc şahmatçıları ilə dostluq görüşü keçirdilər.

Dostluq görüşündə açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Ramin Cəfərov və Beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov qrossmeysterlər ilə oynamaq şansı əldə etmiş gənc şahmatçılara uğurlar arzuladılar.

Dostluq görüşündən sonra qrossmeysterlər öz yekun təəssüratlarında "Zəka” Gənclər Mərkəzində gənclər ilə bir araya gəldiklərinə görə çox şad olduqlarını vurğuladılar.






Xəbər 1060 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR