Beynəlxalq müşahidəçilərin biz seçicilərin siyasi iradəsinə və seçiminə sayğısız yanaşmağa haqqı yoxdur

Beynəlxalq müşahidəçilərin biz seçicilərin siyasi iradəsinə və seçiminə sayğısız yanaşmağa haqqı yoxdur

Aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyevin qalib gəlməsi Avropanın bəzi siyasi dairələrinin və onların Azərbaycandakı əlaltılarının planlarını sözün əsl mənasında alt-üst edib.
 
Bu mənada, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının öz ənənələrinə sadiq qalaraq 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli hesabatı açıqlamaları tamamilə başadüşüləndir. Lakin onların bu hesabatı ilk növbədə Azərbaycan seçicilərinə qarşı, o cümlədən İlham Əliyevin namizədliyini dəstəkləyən biz DADP-çilərə qarşı açıq hörmətsizlikdir.
Sözügedən beynəlxalq təşkilatların müşahidə missiyalarının üzvləri hələ mart ayının 16-dan etibarən Azərbaycanda prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Həmin müşahidə missiyalarının üzvləri seçki öncəsi hətta ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər də keçiriblər, namizədlərin təbliğatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Və seçki günü isə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən avropalı müşahidəçilər vətəndaşların axın-axın məntəqələrə gələrək səs verdiklərini də görüblər. Lakin bütün bunlara baxmayaraq, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri reallığı inkar etmək yolunu tutaraq öz ənənəvi amplualarında qaldılar. Onlar açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edərək öncədən hazırlanmış təxribat xarakterli seçki "hesabat"ını təqdim etdilər. Bəli, bu ədalətli hesabat yox, dırnaqarası "hesabat" idi və avropalı müşahidəçilər bununla öz saxtakarlığını, ikiüzlülüklərini nümayiş etdirmiş oldular. Necə deyərlər, ədalətdən dəm vuran beynəlxalq təşkilatların "ədalət"ini gördük.
Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq sözügedən müşahidəçilərin məlum "hesabat"ını siyasi avantüristlik və qeyri-demokratiklik nümunəsi kimi dəyərləndirir və bu təşkilatlara qəti etirazımızı bildiririk. Nə ATƏT-in, nədəki AŞPA -nın müşahidəçilərinin biz seçiçilərin siyasi iradəsinə və seçiminə sayğısız yanaşmağa haqqı yoxdur!

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR