"Beynəlxalq Bankı 2018-ci ildən tez özəlləşdirilməyəcək" - Nazir


"Səhmləri dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”. 

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini "səhmana salmalıdır”. "Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%) çatıb.  
 
Aktual.az  
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR