Beynəlxalq aviaşirkətlər 2017-ci ildə rekord sayda sərnişin daşıyıb

Beynəlxalq aviaşirkətlər 2017-ci ildə rekord sayda sərnişin daşıyıb

2017-ci ildə dünyanın bütün aviadaşıyıcıları 37 milyon reys həyata keçirərək rekord sayda sərnişin daşıyıblar. Onların xidmətlərindən 4,1 milyard insan istifadə edib.
Aktual.az
  xəbər verir ki, bu ilkin məlumatı Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) açıqlayıb. Biletləri daha ucuz olan aviaşirkətlər daha çox sərnişin daşıyıb.
Ekspertlər ötən il aviasərnişinlərin sayının artmasını dünyada iqtisadi göstəricilərin yaxşılaşması və aviasiya yanacağının qiymətinin ucuz olması sayəsində xidmətlər üçün qiymətlərin azalması ilə bağlayırlar.
Beynəlxalq sərnişin reyslərinin ən böyük hissəsi – 37 faizi Avropanın payına düşür. Şimali Amerika daşıyıcıları bütün beynəlxalq uçuşların 13 faizini həyata keçirir.
2017-ci ildə havaya qalxmış insanların sayı 2016-cı illə müqayisədə bütövlükdə 7 ,1 faiz artıb.
Azərbaycan paytaxtının əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ildə növbəti rekord qeydə alıb: 4,06 milyon sərnişin. Bu, ötən ilki göstəricini 23 faiz üstələyib.
Hesabat dövründə "Azərbaycan Hava Yolları” QSC-nin payına 2,2 milyon sərnişin, "Buta Airways” loukoster aviaşirkətinin payına 92 min sərnişin düşüb. Eyni zamanda 114 min tranzit və çarter reysi ilə uçan 50 min sərnişin qeydə alınıb(azərtac).



Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR