Beynəlxalq agentlik Azərbaycanda xərçəngin müalicəsində maraqlıdır

Beynəlxalq agentlik Azərbaycanda xərçəngin müalicəsində maraqlıdır

Beynəlxalq Atom Enerjisi Agentliyi xərçəngin diaqnostikası və müalicəsi üçün Azərbaycana texniki dəstək verməkdə maraqlıdır.

"Report” xəbər verir ki, bunu qurumun baş direktoru Yukiya Amano bu həftə Bakıda keçirdiyi görüşlərdə səsləndirib.
Y.Amano deyib ki, rəhbərlik etdiyi Agentlik həmçinin kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevlə görüşən Agentlik rəhbəri deyib ki, Mərkəzdə radioterapiya sahəsində təkmilləşdirilmə işləri baş verib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanda olan Onkologiya Mərkəzinə siklotron və pozitron emissiya tomoqrafiyası və kompüter tomoqrafiyası (PET-CT) avadanlıqları verib və radiofarmoseptika və nüvəterapiya sahəsində təlimlər keçirməyə davam edir.
Avadanlıqlar xəstəliklərin erkən aşkarlanması və idarə edilməsinə kömək edir və xəstələrin ömrünü artırır.

Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR