Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrıldı

Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR