Bəşər Əsəd: Suriyada sülhün bərpa olmasında Putinin rolu əvəzsizdir

Bəşər Əsəd: Suriyada sülhün bərpa olmasında Putinin rolu əvəzsizdir
  • DÜNYA

Suriya prezidenti Bəşər Əsəd Rusiya deputatları ilə görüş keçirib

"Ölkə.Az" xəbər verir ki, Bəşər Əsəd görüşdə Suriyada sülhün bərpa olmasında Putinin rolunun əvəzsiz olduğunu qeyd edib. Əsəd eyni zamanda Rusiyanın beynəlxalq arenada əsas oyunçu olduğunu vurğulayıb.

Bu barədə Rusiya rəsmiləri məlumat verib. Məlumata əsasən, görüşün sonunda Bəşər Əsəd Putinin Suriyada sülhün bərqərar olmasında, ölkənin ciddi sosial-humanitar və iqtisadi problemlərinin həllində rolunun əvəzsiz olduğunu qeyd edib. 

Əsəd deyib: "Əvvəllər Cenevrə öz siyasi şərtlərini diqtə edirdi. İndi isə beynəlxalq arenanın əsas oyunçusu Rusiya öz siyasi şərtlərini diqtə edir".

Əsəd eyni zamanda Astana görüşlərinin Cenevrə danışıqlarına nisbətən daha məhsuldar olduğunu vurğulayıb.

Aktual.az
Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR