Bermud üçbucağında itən təyyarə tapıldı

Bermud üçbucağında itən təyyarə tapıldı

ABŞ-ın sahil mühafizə xidməti Bermud üçbucağında itən təyyarəni sərnişinlərsiz tapıb.

Publika.az "İntefaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda CNN telekanalı bildirib.
Məlumata görə, təyyarənin qırıntıları Baham adalarında aşkarlanıb.
MU-2B markalı, içərisində 4 nəfər sərnişin olan kiçik təyyarə mayın 15-də Puerto-Rikodan Floridaya uçarkən radarlardan itib. Təyyarə radarlardan itən vaxt Baham adaları qrupuna daxil olan Elyuteriya üzərində 7 min metr hündürlükdə uçurmuş. Hava gəmisinin göyərtəsində iki uşaq, onların anası və təyyarəni idarə edən iş adamı Natan Ulrix olub.
Atlantik okeanında Florida, Bermud adaları və Puerto-Riko arasında yerləşən ərazi "Bermud üçbucağı" adlanır. Bu rayon anomal hadisələrin məskəni kimi tanınır və təyyarələrin, gəmilərin itdiyi yer kimi bilinir. Sözügedən ərazidə nəqliyyat vasitələrinin itməsi çətin naviqasiya ilə əlaqələndirilir.
 
Aktual.az
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR