Bərdədə yeni doğulan uşağın ölüm səbəbi - “Uşaq çoxlu maye udub”

Bərdədə yeni doğulan uşağın ölüm səbəbi - “Uşaq çoxlu maye udub”

Bərdə rayonunda doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

Aktual.az xəbər verir ki, rayon sakini 22 yaşlı Mənzər Məmmədova axşam saatlarında Mərkəzi Xəstəxananın Doğum şöbəsində təbii yolla uşaq dünyaya gətirib. Amma doğuş zamanı uşaq boğularaq ölüb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin baş həkimi Tünzalə Quliyeva AzNews.az-a açıqlamasında faktı təsdiq edib:

"Qadın xəstəxanaya döğuşun ikinci dövründə, yəni gücənmələrlə daxil olub. Uşaq doğuş zamanı uşaqlıq yolunda ləngiyib. Doğulan zaman məlum olub ki, göbək ciyəsi uşağın böğazına iki dəfə bərk dolanıb və onun azad olunmasına mane olub. Bu səbəbdən uşaq uşaqlıq yolunda boğulub və həmin anda çoxlu maye udub. Bu da uşağın ölümünə səbəb olub”

Tünzalə Quliyeva Mənzər Məmmədovanın birinci hamiləliyi olduğunu vurğulayıb.
 
Aktual.az
Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR