Bərdədə FACİƏ: 6 yaşlı qız evdə yanğın zamanı öldü

Bərdədə FACİƏ: 6 yaşlı qız evdə yanğın zamanı öldü

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli, iki otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

FHN-dən Aktual.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.
Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
 
Aktual.az
Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR