Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək?

Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək?

"Aİ-95 Premium” markalı benzinin qiymət artımının ancaq lüks avtomobil sürənlərə aid olduğu deyilir. Azərbaycandakı avtomobillərin təxminən 2005-ci ildən sonra buraxılış olanları "Aİ-95" markalı benzin işlədir. Bu isə hərəkətdə olan avtomobillərin mütləq əksəriyyətidir. Bundan başqa, bir müddət "Aİ-92” markalı benzinin istifadəsindən sonra avtomobil hissələri daha tez sıradan çıxacaq”.

Aktual.az  "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə yazıb. 

Hüquqşünas onu da qeyd edib ki, qiymət ucuzluğuna görə "Aİ-92” markalı benzinə üstünlük vermək sürücülərə baha başa gələcək.

"Qafqazinfo” bu məqamda sürücülərdə yaranmış suallara aydınlıq gətirmək məqsədilə yol məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb. 

Ekspert təxmin edir ki, ölkəmizdə istifadə olunan avtomobillərin 25-30%-nin mühərriki sırf "Aİ-95 Premium” markalı benzin üçün istehsal olunub:

"Hazırda ölkəmizdə nə qədər avtomobilin "Aİ-95” markalı benzinlə işlədiyinin dəqiq statistikasını demək çətindir. Burada il söhbəti ikinci dərəcəli məsələdir. Hətta köhnə avtomobillər də yenidən modernizasiya olunub, 95 oktanlı benzinlə işləyə bilər.

Mən ehtimal edirəm ki, Azərbaycanın avtomobil parkının 25-30%-i bu kateqoriyaya aiddir. Təxminən, hər 4 avtomobildən biri. Bu avtomobillər mütləq 95 oktanlı benzinlə işləyir.

Doğrudan da avtomobil istehsalçılar tərəfindən sırf 95 oktanlı benzinlə işləmək üçün konstruksiya olunubsa, mühərriki, xüsusilə də elektron idarəetmə sistemi həmin benzin üçün hesablanıbsa, avtomobildə 92 oktanlı benzindən istifadə olunsa, ciddi problemlər yaranacaq. Müəyyən müddətdən sonra avtomobilin mühərriki sıradan çıxmağa başlayacaq.

Sürücülərimiz bilməlidir ki, avtomobil sırf 95 oktanlı benzin üçün hesablanıbsa, başqa markalı benzindən istifadə etmək olmaz”.
 
Aktual.az 
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR