Bələdiyyələrin sayı azaldılsın - Təklif

Bələdiyyələrin sayı azaldılsın - Təklif

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib. 
 
APA-nın məlumatına görə, S. Novruzov bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb. Deputat deyib ki, Bakının bir rayonunda bələdiyyənin 19 üzvü, hansısa kiçik kənddə isə bələdiyyənin 5-7 üzvü var: "Dünya təcrübəsi də göstərir ki, kiçik kəndlər birləşdirilir, yalnız bir nəfər nümayəndə seçilir. Bu, qərarların qəbul edilməsində də müsbət rol oynaya bilər. Mən bələdiyyələrə dair qanunların qəbulunda iştirak etmişəm və qanunvericilikdə Azərbaycan bələdiyyələrinə kifayət qədər status verilib. Yeni yarananda bələdiyyələrin düzgün istiqamətləndirilməsi ilə bağlı tövsiyə və tapşırıq hazırlaya bilməməyimiz onların fəaliyyətinin başqa istiqamətə yönəlməsinə gətirib çıxardı. İndi insanlar elə başa düşür ki, bələdiyyə ancaq torpaq alveri ilə məşğul olmalıdır. Əslində isə bələdiyyələr onlara verilən statuslara əsasən, çox iş görə bilərdi. Xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər görə bilərdi. Bu, xüsusən rayonlardakı kənd bələdiyyələrinə aiddir”.
 
S. Novruzov əlavə edib ki, bələdiyyələr əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı salmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyir: "Düşünürlər ki, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər”. 
 
Aktual.az
Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR