Belarus Azərbaycana spirtli içki ixracını artırmaq niyyətindədir

Belarus Azərbaycana spirtli içki ixracını artırmaq niyyətindədir

Belarusun "Brest likör-araq zavodu" ASC Azərbaycana ixracatı artırmaq niyyətindədir.


Aktual.az bildirir ki, bunu Trend-ə şirkətin satış, marketinq və xarici iqtisadi fəaliyyət idarəsinin rəisi İqor Kravçuk deyib.

İ.Kravçukun sözlərinə görə, bu, Azərbaycan bazarında artan tələbatla bağlıdır:

"Azərbaycana ixrac aksiz vergilərinin yüksəldilməsinə baxmayaraq getdikcə artır. Biz həmçinin ixrac olunan məhsulların çeşidini genişləndirmək niyyətindəyik. İndi bizim dilerin sifarişi ilə Azərbaycan bazarı üçün xüsusi olaraq yeni növ araq reseptləri hazırlanır. Fikrimcə, 2018-ci ilin yekunlarına görə biz həcmləri genişləndirəcəyik. Qeyd edim ki, Azərbaycana ixracat 2016-cı ildən 2017-ci ilədək iki dəfədən çox artıb".

 
Aktual.az 
Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR