BDU-dakı bışaqlanma olayının detalları AÇIQLANDI

BDU-dakı bışaqlanma olayının detalları AÇIQLANDI

27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəbər 3877 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR