"BazarStore"la bağlı şok xəbər yayıldı - BAĞLANIR


Aktual.az afn.az-a istinadən xəbər verir ki, ticarət sektorunda çalışan, adının çəkilməsini istəməyən oxucularımızdan birinin verdiyi məlumata görə, cameədə “BazarStore” supermarketlər şəbəkəsinin bağlanacağı bildirilir: “Mənim çalışdığım supermarketdən bir neçə mütəxəssis “BazarStore”un yerində açılacaq “Azərbaycan market”in işini qurmaq üçün cəlb edilib.

Deyilənə görə, yaxın vaxtlarda şəhərdə yerləşən “BazarStore”lar bağlanacaq, yerində “Azərbaycan market”lər fəaliyyətə başlayacaq. Lakin yeni marketlərin “BazarStore”un sahibinə, yəni “Azersun Holdinq”ə aid olub-olmadığını bilmirəm”.

Məsələ ilə bağlı “Azərsun Holdinq”dən mövqe öyrənmək istəsək ki, şirkətin mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız qaldı. Hər bir halda, qarşı tərəfi dinləməyə və mövqeyini verməyə hazırıq.

"BazarStore"

 Aktual.az

Xəbər 875 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR