Bayramda 2 uşaq dərmandan zəhərlənib

Bayramda 2 uşaq dərmandan zəhərlənib

"Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.

Aktual.az xəbər verir ki, bu barədə "report”a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: "Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: "Onlar spirtli içkidən zəhərləniblər”.

Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.
 
Aktual.az 
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR