Bayram günü sizi nə gözləyir? - BÜRCLƏR

Bayram günü sizi nə gözləyir? - BÜRCLƏR

Qoç- hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Situasiyanın yaratdığı imkanlardan istifadə edin. Ünsiyyət üçün xoş vaxt keçirməklə yanaşı, yeni məlumat və dəyərli informasiya ala biləcəyiniz məclisi seçin.

Buğa- qeyri-adi şəraitdən yararlanaraq situasiyanı öz xeyrinizə dəyişin. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızdakı insanları maraqlandırın. Məqsədə çatmaq üçün təşəbbüskar olun.

Əkizlər- əyləncə və istirahət istəklərini təxirə salın. Bu gün gərgin iş zamanıdır. Dostlarla ünsiyyətdə olun, ümumi layihə ilə bağlı yaranmış suallara cavab arayın. Bir sıra işgüzar məsələləri həll etmək olar.

Xərçəng- alış-veriş, zəruri əşyalar almaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdəki sərinliyi aradan qaldırın. Qayğıkeş olun, sevdiklərinizə hədiyyələr verin.

Şir- maraqlandığınız insanla görüşərək rutin mövzular çərçivəsini genişləndirmək mümkündür. Qarşılıqlı münasibətlərə yeni stimul və ideyalar qatın.

Qız- iradəli, qətiyyətli olun. Aktiv çalışın. Konkret planlarınızı reallaşdırmaq üçün cəsarətlə davranın. Belə olarsa, işlərdə irəliləyişə nail olacaqsınız.

Tərəzi- etibar etdiyiniz insanlarla çalışın. Xərclər artacaq. Şəxsi münasibətlərdə diqqətin formal izharı xüsusi məna kəsb edir. Yardım və dəstəyə ehtiyacı olana kömək edin. Situasiyadan asılı olaraq rol bölgüsü aparmaq olar.

Əqrəb- rasional olun, məntiqli davranın. Münasibətlərdə və işlərdə orijinal yanaşmanı nümayiş etdirin. Qeyri-adi planı reallaşdırmaq üçün yaxşı gündür. Sevdiyiniz insanı və yaxınlarınızı sevindirin.

Oxatan- yeni və gərəkli avadanlıq, əşyalar almaq olar. Yaxınlarınızla, ailə üzvlərinizlə məsləhətləşin. Ümumi planları və məsələləri nəzərdən keçirmək olar. Axşam saatlarında dostlarla görüş pis olmaz. Bədxərclik etməyin.

Oğlaq- bütün diqqəti işə yönəldin. Həllini tələb edən və yarımçıq qalmış layihəni başa vurun. Ev işləri də az olmayacaq. Enerjinin bir qismini yaşam məkanının yenilənməsinə, köhnə əşyalardan qurtulmağa sərf edin.

Dolça- etiraflar və emosiyaların tarıma çəkilməsi yolverilməzdir. Nəzərdə tutduğnuz istiqamətdə irəliləmək üçün iradəli olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. İnteryerdə dəyişikliklər etmək olar.

Balıqlar- işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır. //Milli.Az
 
Aktual.az
Xəbər 2009 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR