Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır - Rəsmi

Bayrağa hörmətsizlik edən vəzifəli şəxs şəhid övladıdır - Rəsmi

"Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı Aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”.

Aktual.az xəbər verir ki, bunu Bərdə Rayon İcra Hakimiyyəti hadisə ilə bağlı yaydığı məlumatda qeyd edib.
 
Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
 
"Birinci Qarabağ müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.


Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR