Bu barədə AZƏRTAC-a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Xatırladaq ki, mayın 15-də Səbail rayonunda yerləşən Bayıl yaşayış sahəsi, Buxta küçəsində sürüşmə prosesi baş verib. Nəticədə üç ev tamamilə dağılıb, 22 evin sakini isə köçürülüb.