Bayıl və Badamdarda təhlükəli vəziyyət yaranıb

Bayıl və Badamdarda təhlükəli vəziyyət yaranıb

Bayıl sürüşmə sahəsinin sol və sağ cinahlarında nisbi aktivləşmə müşahidə olunur.


Aktual.az bildirir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Bayıl sürüşmə sahəsində yerləşən istinad divarları və quraşdırılmış mayaklarda 2-3 mm ölçüsündə çatlar əmələ gəlib.

Dəstə rəisi qeyd edib ki, Badamdar - 20-ci sahə yolunun sağ tərəfindəki yamacın bir neçə yerində kiçik ərazini əhatə edən çökmə prosesləri müşahidə olunub: "Ərazidə təxminən 50-60 metr uzunluğunda, 7-8 sm qalınlığında çökmə qeydə alınıb".

Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR