“Baydenin ermənilərə “Dağlıq Qarabağ xalqı” yazmasını şiddətlə qınayırıq!”-Niyaməddin Orduxanlı

“Baydenin ermənilərə “Dağlıq Qarabağ xalqı” yazmasını şiddətlə qınayırıq!”-Niyaməddin Orduxanlı

ABŞ prezidenti Cozef Bayden Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda "Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Bayden qeyd edib: "Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”.

Baydenin bu ifadəsi təbii olaraq, ölkəmizin ictimai-siyasi mühitində birmənalı qarşılanmadı. Məlumdur ki, "Dağlıq Qarabağ xalqı” ifadəsi 44 günlük müharibədən sonrakı gündəliyə uyğun deyil. Maraqlıdır, ABŞ prezidentinin bu ifadəsi nəyə hesablanıb?

Aktual.az bildirir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı Elchi.az-a açıqlamasında bildirib ki, ABŞ dünyanın böyük və güclü dövləti olsa da, cılız addımlar atır.

Politoloqun sözlərinə görə, Azərbaycan dövləti Amerika kimi güclü dövlətlərdən daha ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma sərgiləməsini gözləyir:

"Lakin onlar belə addımları ilə həddindən artıq cılız olduqlarını açıq-aydın şəkildən ortaya qoyurlar. Baydenin təbrik məktubundan qabaq isə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərində buna şahid olduq. Bir sözlə, ABŞ bir daha sübut etdi ki, əslində haqq və ədalətin yanında deyil. Özlərinin beynəlxalq qurumu olan BMT-nin qəbul etdiyi qərarlar var, 1991-ci ildə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib. Buna həm Amerika, həm də digər dünya ölkələri səs verib. Eyni zamanda 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib və Amerika da bu qətnaməyə səs verən ölkələrdəndir. Amerika BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Ermənistanın təcavüzkar olduğuna, Qarabağ ərazisindən şərtsiz çıxmasına dair səs vermişdi. Bu gün isə Amerikanın həm dövlət səviyyəsində rəsmi formada, həm də qeyri-rəsmi formada ermənilərə açıq-aşkar dəstək olduqlarını görürük. Bir sözlə, heç bir hüquq tanımayaraq ermənipərəst mövqe sərgiləyirlər. Bütün bunlar isə qəbuledilməz faktlardır. Bu gün Amerika Ukrayna məsələsində Rusiyanı təcavüzkar bir dövlət kimi qəbul edir və Rusiyaya sanksiyalar tətbiq edir. Ancaq Ermənistan eynilə bu formada Azərbaycan ərazisini işğal etsə də, onları təcavüzkar və separatçı kimi görmürlər, hansısa sanksiya tətbiq etmirlər. Yəni ki, Ukrayndakı proseslər eynilə Azərbaycanın ərazisi olan Qarabağda baş verib. ABŞ həmçinin Moldovada baş verən Dnestryanı proseslərə, Gürcüstanın Abxaziya bölgəsində baş verənlərə də fərqli mövqe sərgiləyir, lakin Qarabağdakı erməni separatçılarına dəstək nümayiş etdirirlər. Sadəcə Ukrayna məsələsində Rusiyanı təcavüzkar adlandırırlar. Bu da ABŞ-ın qərəzli mövqeyini bir daha ortaya qoyur. Amerika kimi dövlət bu prinsiplərdən kənarda durmalı və özünü həqiqətən də güclü və böyük dövlət kimi aparmalı idi, məsələlərə cılız hislərlə yanaşmalı deyildi…”.

Xəbər 1143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR