BAXI Azərbaycan 10 il Sizinlə... - FOTO

BAXI Azərbaycan 10 il Sizinlə... - FOTO

İtaliya istehsalı olan və 100% orijinal məhsullar təqdim edən BAXI Azərbaycanın Əhməd Rəcəbli 230 ünvanında yerləşən Baş ofisində şirkətin 10 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
 
Tədbirdə şirkət və filial rəhbərləri, iş adamları və yerli sakinlər qonaq qismində iştirak edib. 
BAXI Azərbaycanın bağlı olduğu Warm House şirkətinin rəhbəri Vüqar Cabbarov BAXI kombiləri barəsində geniş məlumat verib, 10 illik tarixə nəzər salıb. Keçmiş nailiyyətlər ilə yanaşı gələcək planlardan danışan Vüqar Cabbarov BAXI Azərbaycan olaraq korporativləşmə yolunda irəlilədiklərini tezliklə Azərbaycanda bu sahədə cığır açacaqlarını vurğulayıb: "BAXI Azərbaycan olaraq missiyamız: Sizin istəklərinizi doğru analiz edib, uyğun və sərfəli təklifləri edən, müasir idarə etmə sistemini quraraq öz sahəsində ehtiyac duyulan brend bir firmaya çevrilməkdir”. 
Çıxış edən digər şəxslər 100% orijinal, İtaliya istehsalı olan BAXI kombilərinin uzunömürlü və qənaətcil olmasından da söhbət açılıblar. Tədbirdə həmçinin 10 illiyə görə BAXI Azərbaycanın yenilənən www.baxi.az saytının təqdimatı keçirilib.
Daha sonra qonaqlarabir-birindən dəyərli hədiyyələrə (mətbəx robotu, ütü, tozsoran, telefon, televizor) sahib çıxıblar.  Günün ən möhtəşəm hədiyyəsi isə BAXI ECO 4S kombisi olub. Belə ki, artıq hər həftə hədiyyə yağmuruna tutmağa başlayan Neharada.az saytının budəfəki möhtəşəm hədiyyəsi BAXI Azərbaycandan olub. Dirçəlişimizin 25 illiyi və BAXI Azərbaycanın 10 illiyinə həsr olunmuş möhtəşəm müsabiqə başa çatıb. Neharada.az saytının facebook səhifəsində 2 həftədir, davam edən müsabiqə sonunda proqram vasitəsilə təsadüfi seçim nəticəsində Sumqayıt şəhər sakini Fərrux Əlisoylu qalib olub.
Məlumat üçün bildirmək istərdik ki, BAXI Azərbaycanın aid olduğu Warm House şirkəti 2001-ci ildə istilik sistemləri sektorunda satış və xidmət üzrə Bakı şəhərində fəaliyyətə başlayıb. Daha sonra isə qazandığı təcrübə ilə bütün Azərbaycan daxilində bu sektorun irəlidə gedən firmalarından birinə çevrilib. Warm House Türkiyə, İtaliya, Polşa və digər Avropa ölkələri ilə əməkdaşlıq edərək həmin ölkələrin istilik sistemləri sahəsində tanınmış firmaların rəsmi distributoru olaraq istilik sistemlərinə aid bütün aksesuarlarının topdan və pərakəndə satışını təşkil edir.
BAXI Azərbaycanın Dərnəgül filialı: Əhməd Rəcəbli küçəsi 238, 8-ci km-də yerləşən Diqlas filialı, Diqlas T.M. mağaza 45 ünvanında, Sədərək filialı isə, Sədərək T.M. Təsərrüfat bazarı sıra 5, mağaza 6 ünvanında yerləşir.











Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR