"Barselona"nın ulduzu 35 milyon avrodan imtina etdi


"Barselona"nın kapitanı Andres İnyesta Çindən təklif alıb.

Aktual.az  xəbər verir ki, ulduz futbolçu bu ölkənin 2 klubunun maraq dairəsindədir.
Həmin komandalar İnyestaya ilinə 35 milyon avroluq maaş təklif ediblər. Bunu qəbul edəcəyi təqdirdə, 33 yaşlı yarımmüdafiəçi dünyanın ən yüksək ödənişli futbolçusuna çevriləcəkdi. Lakin o, karyerasının sonuna qədər "Barselona”nı tərk etməyəcəyini bildirib və təklifləri rədd edib.
Qeyd edək ki, Andres İnyesta 2002-ci ildən peşəkar futbolçu kimi "Barselona”nın formasını geyinir. (apasport.az)
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR