“Barselona”dan 19 yaşlı futbolçuya 70 milyon avro

“Barselona”dan 19 yaşlı futbolçuya 70 milyon avro

Ötən mövsüm İspaniya çempionluğunu "Real”a uduzan "Barselona" növbəti mövsüm üçün ciddi transferlər edərək komandanı gücləndirmək niyyətindədir.

Katalonlar yayın ən böyük keçidlərindən birini gerçəkləşdirmək üçün "Bavariya” ilə danışıqlara başlayıb.
İspaniya təmsilçisi Renato Sançes üçün Almaniya çempionuna tələb olunan 70 milyon avronu ödəməyə hazırdır. Bu barədə İngiltərənin "Dailystar” nəşri məlumat yayıb. Lakin bu transfer "Barsa” üçün çətin ola bilər. Belə ki, Portuqaliya millisinin üzvünü "Mançester Yunayted" də heyətində görmək istəyir.
Lakin Renatonun İngiltərədə oynamağa müsbət yanaşmadığı deyilir.
Xatırladaq ki, "Bavariya”nən ötən yay "Benfika"dan 35 milyon avroya aldığı Sançesin tranferi reallaşsa, bu Luis Suaresdən sonra (2014, 81 milyon avro) klub tarixində ikinci ən bahalı transfer olacaq.
 
Aktual.az
Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR