"Barselona" Arda Turanın QİYMƏTİNİ AÇIQLADI

  • İDMAN

"Barselona" "Qalatasaray"ın transfer etmək istədiyi Arda Turanın transfer qiymətini müəyyənləşdirib. Kataloniya klubu türk futbolçunu satmaq istəyir.

Bildirilir ki, "Barselona" Ardanı icarəyə vermək istəmir və transferi üçün 25 milyon avro tələb edir. Klub rəhbərliyi ilə görüşən menecer Ahmet Bulut heyətə düşə bilməyən futbolçunun bir illik icarəyə verilməsini istəyib. Amma "Barselona" rəhbərliyi buna razılaşmayıb və 25 milyon avronun ödənilməsini tələb edib. (fanat.az)
 
Aktual.az
Xəbər 82 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR