Barak Obama Donald Trampın xarici siyasətini tənqid etdi

Barak Obama Donald Trampın xarici siyasətini tənqid etdi
  • DÜNYA

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı həmkarı Donald Trampın xarici siyasətini tənqid edib və onu 1930-cu illərdə nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə o, Çikaqo iqtisadi klubunda etdiyi çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amerikalı liderin artan özündənrazılığı və "ABŞ hər şeydən əvvəl" prinsipi ölkəyə təhlükə yaradır. B. Obama inkişaf etmiş demokratiya sayılan Veymar Respublikası ilə müqayisələr aparıb. Lakin bu, almaniyalı nasistlərə hakimiyyətdə yerini bərkitməyə mane olmayıb.
"60 milyon insan həlak olub. Buna görə diqqətli olmalısınız. Və səs verməlisiniz", - deyə Obama bildirib.
Xatırladaq ki, Veymar Respublikası 1919-1933-cu illərdə Almaniyanın qeyri-rəsmi adı olub.
 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR