Bankı 30 saniyəyə qarət etdilər - VİDEO

Bankı 30 saniyəyə qarət etdilər - VİDEO
  • DÜNYA

Argentinanın Tiqre şəhərində silahlı şəxslər 30 saniyəyə bankı qarət ediblər.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Todo Noticias" kanalı məlumat yayıb.

Cinayətkarlar 750 min peso (47 min dollar) apara biliblər.

Müşahidə kameralarının analizi nəticəsində silahlıların 4 nəfər olduğu müəyyən edilib. Onlardan ikisi bankı qarət edən zaman digər ikisi "Mercedes-Benz" markalı avtomobildə gözləyib. Bütün hadisə isə 30 saniyə çəkib.

Telekanalın məlumatına görə, cinayətkarlar qarət zamanı atəş açmayıblar.

Hazırda faktla bağlı təhqiqat aparılır. Polisin məlumatına görə, cinayətkarlar bir neçə məhəllə aralı "Mercedes-Benz" avtomobilini atıblar və başqa bir maşınla qaçıblar.
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR