BAMF: Alxanlıda baş vermiş hadisə vandalizmdir

BAMF: Alxanlıda baş vermiş hadisə vandalizmdir

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)Alxanlıda baş vermiş hadisəni vandalizm hesab edir.​ ​

Qurumun  daxil olan bəyanatında bildirilir ki, erməni silahlı birləşmələrinin iyulun 4-də mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərini iri çaplı silahlarla hədəfə alması əsl vandalizm aktıdır.
"Dinc və günahsız insanların öldürülməsi, kəndlərin atəşə məruz qoyulması sülh və danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdiddir və davamlı sülhə təhlükədir. ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfəri ərəfəsində baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi və bir neçəsinin yaralanması Ermənistan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə insanlığa qarşı zorakı münasibətidir.
Məcburi köçkünlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə köçürülməsi ərəfəsində törədilmiş bu cinayət xarakterli əməl Ermənistanın işğal altındakı ərazilərdən Avropa ilə Asiyanı birləşdirən bu regionun gələcək dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli layihələrin gerçəkləşməsi, insanların öz doğma yurd-yuvalarına qayıtmasına, sülhə və sabitliyə təhdid olaraq istifadəsini kəskin şəkildə pisləyirik. Alxanlı kəndində törədilən qanlı cinayətdə əli olan, işğal faktorunu dünyanın gözü qarşısında davam etdirən Ermənistanın cina​yətkar hakimiyyətinə beynəlxalq qurumlar tərəfindən, ATƏT-in Minsk qrupuna üzv ölkələr tərəfindən ciddi təzyiq göstərilməsi və işğal altında olan ərazilərin BMT-nin qəbul etdiyi qətnamələr əsasında azad olunmasını tələb edirik".
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR